Azərbaycandan daha bir ölkəyə təyyarə reysləri başlayır.
AZAL daha bir şəhərə uçuşlara başladı - BİR TƏRƏFƏ UÇUŞ 165 MANAT
AZAL Avropanın daha bir şəhərınə uçuşlara başladı - BİR TƏRƏFƏ UÇUŞ 297 MANAT
FED.az xəbər verir ki, Omanın aşağı büdcəli “SalamAir” aviaşirkəti iyun ayında Maskat şəhərindən Bakıya mövsümlük uçuşları bərpa edir.
Bu barədə aviaşirkətin baş direktoru (CEO) Əhməd bin Məhəmməd əl Şethani deyib.
«Biz çoxsaylı xahişləri nəzərə alaraq Bakı və Almatıya uçuşları barpa etməkdən şadıq»-deyə şirkətin rəhbəri bildirib.
Onun sözlərinə görə, «müştərilərin böyük marağı şirkəti bu fantastik istiqamətlərə uçuşları bərpa etməyə həvəsləndirib.
FED.az xəbər verir ki, “SalamAir” şirkəti Bakıya iyun ayından başlayaraq həftədə 2 dəfə - 4-cü və bazar günləri uçacaq. Uçuş qiyməti bir tərəfə 75 Oman realından və ya 194 dollardan başlayır. Nəticədə iki tərəfə uçuş təqribən 400 dollara başa gələcək.
“SalamAir” Bakı ilə yanaşı Maskatdan Trabzona və Almatıya mövsümlük uçuşları həyata keçirəcək. Həmçinin iyun ayında aviaşirkət Albaniyanın Tirana şəhərinə də ilk dəfə uçuşlara başlayacaq.
Hazırda “SalamAir” bəzi Ərəb, Asiya və Avropa ölkələrinə, həmçinin daxili uçuşlar həyata keçirir. Şirkət rəhbərinin sözlərinə görə, burada regionun ən müasir təyyarələri – 13 yeni “Airbus A321neo” və “Airbus A320” sərnişin təyyarələri, eləcə də “Airbus A321″ yük təyyarələri var.