2023-cü ildə Azərbaycanda hotel və hotel tipli müəssisələrin sayı 758 ədəd olub.
FED.az bu barədə Dövlət Turizm Agentliyinə istinadən xəbər verir.
Bu 2022-ci ilə nisbətən 31 ədəd və ya 4% çoxdur.
2022-ci ildə hotel və hotel tipli müəssisələrin sayı 727 ədəd təşkil edib.
Ən çox hotel sayı isə paytaxt Bakı şəhərinin payına düşüb. Belə ki, ötən il Bakıda həmin müəssisələrin sayı 272 ədəd təşkil edib. Bu da bir il əvvələ nisbətən 26 ədəd və ya 11% çoxdur.
Quba-Xaçmaz zonasında isə illik 2 ədəd və ya 2% azalma baş verib və hotel tipli müəssisələrin sayı 109-dan 107-yə düşüb.
Şəki-Zaqatala zonasında isə dəyişiklik olmayıb və 72 ədəd təşkil edib.
Naxçıvandakı hotellərin sayında 8 ədəd (38%) azalma baş verib və 21-dən 13-ə düşüb.
Qarabağda isə 1 müəssisə fəaliyyətini dayandırıb və hotel sayı 13-ə düşüb.