2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə artaraq 269,1 milyon manat olub.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, hotellərin gəlirlərinin 60,3 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən daxil olub.
Gəlirlərin 27,6 faizi ictimai iaşə xidmətlərindən (restoran-kafe),
3 faizi müalicə və sağlamlıq xidmətlərindən, 9,1 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.