Azərbaycanda kənd turizmi sahəsində 50 yeni sahibkarlıq obyekti təsis olunacaq.
Eləcə də bax: Azərbaycanda aqro turizm operatorları - Fəaliyyət Göstərə Biləcək
FED.az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) verilən məlumata görə, obyektlər əsasən Quba, Qusar, Xaçmaz, Şəki, Zaqatala, Qax, Lənkəran, Astara və Lerik rayonlarında fəaliyyət göstərəcək. Artıq turizm və xidmət sahələri üzrə müvafiq biliklərə yiyələnmələri üçün təlimlər keçirilir.Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri yerli sakinlərin gəlirlərinin artmasına və məşğulluqlarının təmin edilməsinə, rayonda sahibkarlığın inkişafına öz töhfəsini verəcək. (Apa)