2023-cü ilin yanvar-avqust aylarında Azərbaycana dünyanın 183 ölkəsindən 1 milyon 343,7 min nəfər səfər edib. Bu ötən ilin eyni dövrünə nisbətən 33,8 faiz artıqdır.
FED.az xəbər verir ki, ölkəyə ən çox turist Rusiyadan gəlir – 426 min nəfər və ya bütün turistlərin 32%-i şimal qonşumuzdan gəlib. Ötən illə müqayisədə Azərbay cana gələn rus turistlərinin sayı 163 min nəfər və ya 62% artıb.
Turistlərin 238 min nəfəri və ya 17,7 faizi Türkiyədən gəlib. Bu ötən illə müqayisədə 39 min nəfər artıqdır. İrandan gələn turistlərin sayında isə azalma var – bu il ölkəyə 101 min nəfər İranlı turist gəlib, yəni bütün turistlərin 7,5 faizi. Əvvəlki illə müqayisədə iran turistlərinin sayı 9 min nəfər azalıb.
Səudiyyə Ərəbistanından gələn turistlərin sayında da ciddi azalma var – 2022-nin 8 ayında bu ölkədən Bakıya 87 min turist gəlmişdisə, 2023-ün eyni dövründə 59 min turist gəlib.
Onların yerini Gürcüstandan və Hindistandan gələn turistlər tutub.
Belə ki, bu ilin 8 ayında Azərbaycana Gürcüstandan 63 min turist gəlib – artıb 16 min nəfərdir. Hindistandan isə Azərbaycana gələnlərin sayı 2,4 dəfə artaraq 27 min nəfərdən 66 min nəfərə çatıb.
Ölkələr |
2022, 8 ay |
2023, 8 ay |
dinamika |
Rusiya |
263 min |
426 min |
+163 min |
Türkiyə |
199 min |
238 min |
+39 min |
İran |
110 min |
101 min |
-9 min |
Səudiyyə |
87 min |
59 min |
-28 min |
Gürcüstan |
47 min |
63 min |
+16 min |
Pakistan |
32 min |
32 min |
- |
Hindistan |
27 min |
66 min |
+2,4 dəfə |
BƏƏ |
25 min |
28 min |
+3 min |
Ukrayna |
19 min |
20 min |
+1 min |
Qazaxıstan |
19 min |
35 min |
+16 min |
İsrail |
16 min |
22 min |
+6 min |
Küveyt |
16 min |
20 min |
+4 min |
Oman |
15 min |
- |
- |
Özbəkistan |
14 min |
24 min |
+10 min |
B.Britaniya |
12 min |
15 min |
+3 min |
Belarus |
|
19 min |
- |
Türkmənistan |
|
16 min |
- |
Digər |
109 min |
160 min |
- |