Azərbaycanda ilk dəfə olaraq ölkə daxili səfərlər üçün sığortanın tətbiqinə başlanıb. FED.az xəbər verir ki, sığorta şirkətlərinin demək olar ki, hamısı xarici səyahət üçün sığorta xidməti göstərsələr də daxili səfərlər üçün sığorta xidməti göstərən şirkət demək olar ki, yoxdur. İndi isə yeniliyi «Atasığorta» edərək daxili səyahətin sığortalanmasına başlayıb.
Sığorta ödənişlərinin yığımlara nisbəti renkinq (yanvar-iyun, 2018) – CƏDVƏL 6
Şirkətin yeni təqdim etməyə hazırlaşdığı səyahət sığortası paketlərini FED.az-a açıqlayıb. Məlumata görə, «Atasığorta» regionlara səyahət edən şəxsləri iki variantda – günü 3,5 manat və ya 5,5 manat sığorta haqqı ilə sığortalayacaq. 3,5 manatlıq sığortalanma zamanı müştəriyə 5 min manat, 5,5 manatlıq sığortada isə 10 min manatlıq sığorta məbləği təklif edilir. Bu sığorta tibbi (ambulator və stasionar) xidmətlər üzrə, tibbi daşınma/evakuasiya və repatriasiya, hüquqi yardım xidmətlərini əhatə edir. Bununla yanaşı, genetik xəstəliklər, şəkər və ürək xəstələri olanlara isə bu aid olmayacaq.
«Atasığorta»nın rəhbəri Müseyib Əliyev FED.az-a bildirib ki, artıq şirkət bu məhsulları təsdiqlənmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim edib, təsdiqdən dərhal sonra məhsulların tətbiqinə başlanacaq.
Şirkət rəhbərinin sözlərinə görə, daxili səyahət üçün sığorta məhsulları bütün fəsillərdə keçərli olacaq, o cümlədən qış tətillərində də daxili səyahəti sığortalamaq mümkün olacaq. Amma fəsillərdən asılı olaraq qiymətlər də dəyişəcək.
M.Əliyev bildirib ki, bundan başqa, sentyabrdan etibarən şirkət könüllü sığorta üzrə yeni məşsullarını təqdim etməyə hazırlaşır.