Cari ilin yanvar ayında Azərbaycana səfər etmiş əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 165,8 min nəfər olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu ötən ilin müvafiq dövrünə nisbətən 46,8min nəfər (39,3%) çoxdur.
2023-ci ilin eyni dövründə bu göstərici 119 min nəfərdən çox olub.
Hesabat dövründə səfər edənlərin 104,9 min nəfəri turizm məqədi ilə,60,9 min nəfəri isə digər məqsədlərlə gəlib.
Turizm məqsədi ilə gələnlərin sayı son bir ildə 29,6 min nəfər, (39,4%), digər məqsədlərlə gələnlərin sayı isə təxminən 17,1 min nəfər (39,2%) artıb.
Turist kimi gələnlər ümumi gələnlərin 63,2%-ni, digər şəxslər isə 36,8%-ni təşkil edib.