Cari ilin yanvar-sentyabr aylarında Azərbaycana gələnlərin 480 min 342 nəfərinin səfər müddəti 1-3 gecə olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Bu müddət ərzində səfər edənlərin sayı illik müqayisədə 184 min 541 nəfər, başqa sözlə 62,4% artıb.
Keçən ilin eyni dövründə səfər müddəti 1-3 gecəlik olan şəxslərin sayı 295 min 801 nəfər idi.
Bundan əlavə gecələmədən birgünlük gələnlərin sayı 23 min 575 nəfər, 4-7 gecəlik gələnlərin sayı 319 min 219 nəfər, 8-14 gecələyənlərin sayı 151 min 687 nəfər, 15-21 gecələyənlərin sayı 33 min 705 nəfər, 22-28 gecəlik gələnlərin sayı 23 min 641 nəfər, 29-70 gecəlik gələnlərin sayı 7 min 447 nəfər, 71-90 gecəlik gələnlərin sayı 4 min 665 nəfər olub.
Gecələmədən birgünlük gələnlərin sayı 3 dəfə azalıb, 4-7 gecəlik gələnlərin sayı 36%, 8-14 gecələyənlərin sayı 22,1%, 15-21 gecələyənlərin sayı 6,7%, 22-28 gecəlik gələnlərin sayı 39,1%, 29-70 gecəlik gələnlərin sayı 78,3%, 71-90 gecəlik gələnlərin sayı 86,4% artıb.
Keçən ilin eyni dövründə gecələmədən birgünlük gələnlərin sayı 77 min 859 nəfər, 4-7 gecəlik gələnlərin sayı 234 min 801 nəfər, 8-14 gecələyənlərin sayı 124 min 191nəfər, 15-21 gecələlik gələnlərin sayı 31 min 586 nəfər, 22-28 gecəlik gələnlərin sayı 16 min 997 nəfər, 29-70 gecəlik gələnlərin sayı 4 min 176 nəfər, 71-90 gecəlik gələnlərin sayı 2 min 503 nəfər olub.