Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycana xarici ölkələrdən 1 milyon 231,1 min nəfər əcnəbi gəlib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əcnəbilərin 849,7 min nəfəri turizm, 381,4 min nəfəri digər məqsədlərlə gəlib.
İllik müqayisədə gələn əcnəbilərin sayı 402,3 min nəfər (43,8%), turistlərin sayı 250,6 min nəfər (41,8%), digər məqsədlərlə gələnlərin sayı 61,7 min nəfər və ya 19,3% artıb.
Turistlər gələn əcnəbilərin 69%-ni, digər məqsədlərlə gələnlərin sayı 31%-ni təşkil edib.
Qeyd edək ki, təkcə iyun ayında 265,5 min nəfər əcnəbi gəlib ki, onun da 204,3 min nəfərini (77%-ni) turistlər, 61,2 min nəfərini (23%) isə digər məqsədlərlə gələnlər təşkil edib.