Bu ilin yanvar-mart aylarında 39 min 234 nəfər əcnəbi turist Azərbaycanda göstərilmiş xidmətlərdən narazı qalıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ölkəyə turizm məqsədilə gələn ümumi əcnəbi turistlərin 12%-i deməkdir.
Turistlərin Azərbaycanda ən çox narazı qadığı xidmət növü avtobusla sərnişin daşınması olub. 9,2 min nəfər avtobus xidmətini bəyənməyib.
Turistlərin 7 min nəfəri restoranlardakı xidmətlərdən narazı qalıb. 5 min 517 nəfər isə taksilərin xidmətini bəyənməyib.
Otellərdən narazı qalan turistlərin sayı 3 453 nəfər olub. 4 min 439 nəfər turist bələdçi xidmətlərindən narazı qalıb.
Bakı metrosundan istidadə etmiş tursitlərin 2 min 374 nəfəri bu nəqliyyatdan narazı olub.
Bundan başqa, turistlərin 1 484 nəfərini turagentlərin xidmətiəri, 5 min 763 nəfəri isə digər xidmətlər qane etməyib.