Cari ilin 9 ayında turist məqsədi ilə gələnlərin əksəriyyətini, 278 min 235 nəfərini 36-45 yaş aralığında olan şəxslər təşkil edib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin Hesabatına istinadən xəbər verir.
Bundan başqa gələnlərin 188 min 235 nəfəri 26-35 yaş aralığında, 128 min 793 nəfəri 17 yaşadək olanlar, 218 min 947 nəfəri 46-55 yaş aralığında olanlar 107 min 294 nəfəri 17-25 yaş aralığında 76 min 198 nəfər 56-65 yaş aralığında 46 min 578 nəfər isə 66 və yuxarı yaşda olanlardır.
17 yaşadək turistlərin sayı 52,7%, 18-25 yaşadək turistlərin sayı 33,8%, 26-35 yaşadək turistlərin sayı 20,3%, 36-45 yaşadək turistlərin sayı 36,1%, 46-55 yaşadək turistlərin sayı 16,7%, 56-65 yaşadək turistlərin sayı 36,6%, 66 və yuxarı yaşda olan turistlərin sayı isə illik müqayisədə 2,5 dəfə artıb.