Ölkənin aparıcı turizm şirkətlərindən olan “Amazon Travel” müştərilərinə göstəriləcək xidmətin səviyyəsinin artırılması və məhsullarının daha da əlçatan olması üçün rəsmi veb saytını (https://amazontravel.az/) yeniləyib.
FED.az xəbər verir ki, yenilənmiş sayt əvvəlkindən funksionallıq, rahatlıq və müasir dizaynına görə tam fərqlidir. Sayt Azərbaycan və xarici vətəndaşların istifadəsi üçün tam onlayn və işlək vəziyyətdədir.
“Amazon Travel” şirkətinin təsisçisi və direktoru Seymur Allahverdiyev: “Daim müştərilərin rahatlığını düşünən şirkətimiz müştəri məmnuniyyəti səviyyəsinin daha da artırılması üçün bir neçə istiqamətdə faydalı lahihələr həyata keçirir. Bu kimi işlərdən biri də saytımızı daha da təmilləşdirilərək müştərilərimizin istifadəsinə vermək olub. Saytımız vasitəsilə onlayn qaydada siz turlar, aviabiletlər, kruizlər və s. məhsullarla yanaşı faydalı məlumatlar və tibbi turizm haqqında məlumatlarla da tanış ola biləcəksiniz”.
S.Allahverdiyev bildirib ki, sayt vasitəsi ilə müştəri istədiyi ölkəni və ya şəhəri seçməklə daxili və xarici turlarla bağlı sifarişlər də edə bilər.
Amazon Travel
Güvənli və Rahat!
Daha ətraflı məlumat üçün:
Email: info@amazontravel.az
Mob:(+99450) 400 64 91