Amerika Birləşmiş Ştatlarının administrasiyası 2023-cü maliyyə ilində (30 sentyabrda başa çatıb - Qeyd) dünya üzrə demək olar ki, rekord sayda - 10 milyondan çox viza verib.
XİN: "Azərbaycan vətəndaşları Aİ ölkələrinə viza müraciətləri zamanı çətinliklərlə üzləşir"
FED.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yazılı açıqlamasında deyilir.
Departament əlavə edib ki, ABŞ biznes və turizm üçün demək olar ki, 8 milyon ziyarətçi vizası verib ki, bu da 2015-ci ildən bəri ən yüksək rəqəm hesab olunur.
“Dövlət Departamenti 600 mindən çox tələbə vizası verib ki, bu da 2017-ci maliyyə ilindən bəri ən yüksək rəqəmdir. Hindistandakı səfirliyimiz və baş konsulluqlarımız tarix boyu rekord sayda tələbə vizası verib - 140 mindən çox”. (Report)