İnnovasiya və Təchizat Mərkəzi PHŞ informasiya texnologiyaları üzrə iri həcmli satınalma prosesini yekunlaşdırıb.
Nazirlik dərslik çapına 6,3 milyon manat ayırdı – 2 BÖYÜK TENDERİN QALİBLƏRİ MƏLUM OLDU
FED.az xəbər verir ki, tenderin qalibi “Ultra Technologies” MMC (VÖEN: 4600021491) olub.
Qalib şirkətlə 4.810.523,7 manat məbləğində müqavilə imzalanıb.
Satınalma HPE və Cisco markalı server və şəbəkə avadanlıqlarının mövcud lisenziyalarının və zəmanət müddətlərinin, həmçinin VmWare və Veeam Backup proqram təminatlarının lisenziya müddətlərinin uzadılmasını əhatə edir.
Diqqətçəkən məqamlardan biri isə tenderin ehtimal olunan qiymətinin 5.104.107,31 manat olmasıdır. Qalib şirkət bu rəqəmdən təxminən 293.584 manat daha aşağı təkliflə tenderi qazanıb. Bu isə təxminən 5,75% qənaət deməkdir.
Qeyd edək ki, “Ultra Technologies” MMC 2000-ci ildə yaradılıb, nizamnamə kapitalı 1 000 AZN təşkil edir. Hüquqi ünvanı Z5000, Sumqayıt şəhəri, 1-ci mkr, ev 45V, m. 48 ünvanında yerləşir.