Xarici ticarət əməliyyatlarının rəsmiləşdirilməsi sisteminin əhatəsinin optimallaşdırılması şəraitində gömrük orqanları xətti ilə büdcə gəlirlərinin yığımı proqnozunun illər üzrə artan yekunla müəyyənləşdirilməsi təcrübəsinə yenidən baxılmalıdır.
Dövlət Gömrük Komitəsi büdcə tapşırığına 100% əməl edə bilməyib
FED.az xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsinin icrası haqqında" qanunun layihəsinin müzakirəsi zamanı bildirib.
"Yəni, idxal yığımlarının timsalında fiskal yükü ölkəmizin gömrük sərhədlərində optimallaşdırmaqla vergi intizamına əməl edən rezidentlərimizin iqtisadi aktivliyinin daha da təşviqinə üstünlük verməliyik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, idxalda ƏDV və gömrük rüsumları üzrə proqnoz göstəricilərin hesablanmasında milli iqtisadiyyatımızın əsas hədəfləri - yerli istehsalın və ölkədaxili iqtisadi aktivliyin stimullaşdırılması üçün güzəştlərin və azadolmaların genişləndirilməsi kimi konseptual yanaşmalar diqqət mərkəzində saxlanılmalıdır: "2025-ci ilin gömrük orqanları xətti ilə büdcə gəlirlərinin icrası, o cümlədən, ƏDV üzrə 5,4 %-lik, idxal gömrük rüsumları üzrə 3,7 %-lik kəsirlər səsləndirdiyim təklifə baxılma zərurətini bir daha göstərir". (Report)













