Dövlət qurumu, Publik Hüquqi Şəxs
Anbardar
Son tarix 12 iyl 2026 - [email protected]
İş şəraiti
- İş yeri: Gəncə şəhəri
- İş şəraiti: Standart- ofis
- İş rejimi: 5 günlük 09:00-18:00
- Əmək haqqı: 800 AZN
Namizədə tələblər:
- Təhsil: Ali təhsil;
- Tələb olunan iş təcrübəsi: Müvafiq sahə üzrə ən azı 2 il təcrübə;
- Dil bacarığı: Azərbaycan dilində səlis danışmaq və yazmaq bacarığı;
- Kompüter bacarığı: MS Office və 1 C proqramı üzrə biliklər.
Digər tələblər:
- Dəqiqlik və detallara fikir vermək qabiliyyəti;
- Komandada işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Mal-materialların anbara qəbulu, çəkilməsi, mühafizəsi və müxtəlif materialların anbardan buraxılmasını təmin etmək;
- Qəbul olunmuş maddi sərvətlərin müşayiətedici sənədlərə uyğunluğunu yoxlamaq;
- Materialları mühafizə olunan yerə aparmaq və eyni zamanda görünüşü, keyfiyyəti, təyinatı və başqa əlamətlərinə görə çeşidlərə ayırmaq;
- Mal-materialların saxlanma şəraitinə nəzarət etmək;
- Mal-materialların xarab olması və itkilərin qarşısını almaq məqsədi ilə mühafizəsini təşkil və təmin etmək;
- Mühafizə olunan materialların, çeşidlərin və növlərin nomenklaturasını, onların xassələrini və təyinatını, iş alətlərinin, cihazlarının quruluşunu və onların işə yararlığının yoxlanılmasını təmin etmək;
- Mal-materialın boşaldılması, yüklənməsi və anbarda saxlanılması zamanı qorunmasını təmin etmək;
- Yükləmə, boşaltma və anbar daxilində yüklərin yerləşdirilməsi işinə rəhbərlik etmək;
- Anbarda qorunub saxlanan materialların hərəkəti ilə əlaqədar hesabat sənədlərini arxivləşdirmək;
- İnventarlaşdırmanın aparılmasında iştirak etmək.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Gəncə şəhəri-Anbardar” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərmələri xahiş olunur.Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.















