Azərbaycanda ərzaq məhsullarının dövlət sifarişi ilə satınalma sistemi institusional və funksional baxımdan gücləndiriləcək.
Ərzaq marketlərində mənfəət 1% ətrafındadır, komissiya xərcləri ciddi yükə çevrilib – MÜSAHİBƏ
FED.az xəbər verir ki, bu məsələ "Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı"nda əksini tapıb.
Sənədə əsasən, dövlət büdcəsinin vəsaiti hesabına ərzaq məhsullarının mərkəzləşdirilmiş tədarükündə birbaşa fermerlərdən və emalçılardan tədarükünün təşviqi məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi və normativ hüquqi bazanın təkmilləşdirilməsi ilə bağlı təkliflər hazırlanması nəzərdə tutulur.
Eyni zamanda, müvafiq normativ hüquqi aktların təsdiqi və ərzaq məhsullarının dövlət sifarişi ilə satınalma sisteminin təkmilləşdirilməsi, ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaiti hesabına satın alınması prosesində istehsalçı fermerlərdən və emalçılardan alış payının artırılması hədəflənir.














