Ötən il Azərbaycanda fəaliyyət göstərən bankların bəziləri filiallarının sayının artırıb, bəziləri fəaliyyətdə olan filialları bağlayıb. Bir çox bankda isə filial sayı dəyişməyib.
Azərbaycanda ən çox və ən az filialı olan banklar – TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ölkənin aparıcı banklarından olan və ölkədə ən geniş filial şəbəkələrinə sahib olan banklardan biri – “ABB Bank”ın ötən il filiallarının sayı 4 vahid artaraq 77-ə çatdıb. “Bank Respublika” da filiallarının sayını 39-a çatdırıb ki, bu, 2024-cü ildəki filialların sayından 4 vahid çoxdur.
“Accesbank” və “Rabitəbank”ın filiallarının sayı 3 vahid artaraq müvafiq olaraq 39-a və 30-a çatıb. “Unibank”ın filiallarının sayı 3, “Yelo Bank” və “Azər-Türk” bankın filiallarının sayı 2025-ci ildə 2 vahid artaraq uyğun olaraq 33, 22 və 16-a bərabər olub. “AFB Bank” isə ötən il filalarının sayının 7-ə çatdırıb. Bu, 2024-cü ildəki filialların sayından 1 vahid çoxdur.
2025-ci ildə filiallarının sayı azalan yeganə bank – “Kapital Bank” olub. Bankın filial sayı 2024-cü ildəki 118-dən 115-ə düşüb.
Digər bankların filiallarının sayında fərq olmayıb.
Azərbaycanda fəaliyyət göstərən bankların filallarının sayı və dinamikası haqqında daha ətraflı:
|
№ |
Bank |
Filial sayı |
Filial sayı |
Dinamika |
Dinamika |
|
1 |
ABB |
73 |
77 |
4 |
5,5% |
|
2 |
Bank Respublika |
35 |
39 |
4 |
11,4% |
|
3 |
AccessBank |
36 |
39 |
3 |
8,3% |
|
4 |
Rabitəbank |
27 |
30 |
3 |
11,0% |
|
5 |
Unibank |
30 |
33 |
3 |
10,0% |
|
6 |
Yelo Bank |
20 |
22 |
2 |
10,0% |
|
7 |
Azər‐Türk Bank |
14 |
16 |
2 |
14,3% |
|
8 |
AFB Bank |
6 |
7 |
1 |
16,7% |
|
9 |
Kapital Bank |
118 |
115 |
-3 |
-2,50% |
|
10 |
XalqBank |
30 |
30 |
- |
- |
|
11 |
Bank of Baku |
19 |
19 |
- |
- |
|
12 |
Turan Bank |
18 |
18 |
- |
- |
|
13 |
Expressbank |
16 |
16 |
- |
- |
|
14 |
Ziraat Bank |
10 |
10 |
- |
- |
|
15 |
Yapı Kredi Azərbaycan |
8 |
8 |
- |
- |
|
16 |
VTB bank |
7 |
7 |
- |
- |
|
17 |
Azərbaycan Sənaye Bankı |
6 |
6 |
- |
- |
|
18 |
Premium Bank |
5 |
5 |
- |
- |
|
19 |
Paşa Bank |
3 |
3 |
- |
- |
|
20 |
Bank Avrasiya |
2 |
2 |
- |
- |
|
21 |
Bank Melli İran |
1 |
1 |
- |
- |














