“PAŞA Kapital” İnvestisiya Şirkətində Korporativ Kommunikasiyalar, İnsan Resursları və Biznesə Dəstək blokun direktoru vəzifəsinə təyinat olub.
“PAŞA Bank”dan TƏBİB-ə transfer
FED.az xəbər verir ki, bu vəzifəyə Gülşən Cumayeva təyin edilib.
O, 2024-cü ilin may ayından 2026-cı ilin iyun ayına kimi “PAŞA Kapital”ın Marketinq və Kommunikasiya rəhbəri kimi çalışıb.
Gülşən Cumayevanın 10 ildən artıq maliyyə sahəsində təcrübəsi var. Belə ki, o, “Bank of Baku”da İctimaiyyətlə əlaqələr və reklam departamentinin direktoru, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, KİV-lə əlaqələr şöbəsinin müdiri, “Rabitəbank” və “Finca Azerbaijan”da İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri kimi çalışıb.
“PAŞA Kapital İnvestisiya Şirkəti” Qapalı Səhmdar Cəmiyyəti (PAŞA Kapital) 2012-ci ilin iyun ayında yaradılıb. Şirkət fiziki və hüquqi şəxslərə broker, investisiya bankçılığı, marja ticarəti və maliyyə məsləhətləri xidmətləri göstərir.














