Mənzil İnşaağı Dövlət Agentliyinə (MİDA) daxil olan “Mida” MMC (VÖEN: 1701953921) yaşayış binalarının tiknitisi üzrə yeni tender elan edib.
Abşeron rayonunda dövlət tenderlərini kimlər udur? – ŞİRKƏTLƏR, MƏBLƏĞLƏR, SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Abşeron rayonunun Saray qəsəbəsində 4,5 hektar ərazidə çoxmənzilli yaşayış binalarının tikintisi ilə əlaqədar ərazinin şaquli planlaşdırılması, yollar və səkilər, abadlaşdırma, ərazinin yaşıllaşdırılması və su-kanalizasiya təminatı işlərinin satın alınması nəzərdə tutulub.
Tenderin ilkin ehtimal olunan qiyməti 6 milyon 32 min manatdır. Tenderdə iştirak haqqı 1 500 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Mahmudova Nərmin Hüseynağa qızı – Baş mütaxəssis / [email protected] / +994 12 594 54 01 (252)
Şərtlərə görə, iddiaçılar təkliflərini 25 iyun 2026-cı il, saat 15:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 31 ünvanına təqdim edə bilərlər.
Qeyd edək ki, “Mida” MMC Saray qəsəbəsində binaların tikintisini müxtəlif şirkətlərə tapşırıb. Belə ki, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 1 və 4 nömrəli 12 mərtəbəli, 2 və3 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 14 və 15 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binalarını tikintisini “Hünər-İnşaat” Firmasına (VÖEN: 1500271551) həvalə edib. Tərəflər arasında 26 milyon 369 min manatlıq müqavilə imzalanıb.
Bundan başqa, Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 8 və 9 nömrəli 16 mərtəbəli, 10, 11 və 12 nömrəli 12 mərtəbəli çoxmənzilli yaşayış binalarının, 13 nömrəli 1 mərtəbəli qeyri-yaşayış binasının tikintisi ilə bağlı “GM Construction” MMC (VÖEN: 1602490331) ilə 31 milyon 255 min manatlıq müqavilə bağlayıb.
Daha bir tenderin qalibi “Yar İnşaat Təmir-Tikinti” MMC (VÖEN: 1504833771) olub. Şirkət Saray qəsəbəsində 4,5 hektar torpaq sahəsində 5 nömrəli 12 mərtəbəli, 6 və 7 nömrəli 16 mərtəbəli çoxmənzilli yaşayış binalarının tikintisini öz üzərinə götürüb və “Mida” MMC ilə 20 milyon 310 min manatlıq müqavilə bağlayıb.














