“Xankəndi Şəhərində, Ağdərə və Xocalı Rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti” Publik Hüquqi Şəxsi (VÖEN: 8000075911) yeni tender elan edib.
Dövlət qurumu Sarayda yaşayış binaları tikəcək - 6 MİLYON MANATLIQ TENDER
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tender çərçivəsində Xocalı rayonu Xanyurdu kəndində 32 fərdi yaşayış evinin cari təmir edilməsi nəzərdə tutulub. Tenderin ilkin ehtimal olunan qiyməti 2 milyon 239 min 551 manatdır.
Tenderdə iştirak haqqı 1 000 manat, istifadə haqqı 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Qulu Hüseynli – Böyük məsləhətçi / [email protected] / +994 10 265 99 79
Şərtlərə görə, iddiaçılar təkliflərini 8 iyul 2026-cı il, saat 16:00-a qədər Xankəndi şəhərində yerləşən ünvana təqdim edə bilərlər.
















