Şuşada binaların tikilməsi ilə bağlı 37 milyon manatlıq müqavilələr imzalanıb.
Ağdamın iki kəndində su təchizatı üçün 19 milyon manat ayrılır
“Şuşa Şəhər Dövlət Qoruğu İdarəsi” PHŞ-nin (VÖEN: 8600208181) keçirdiyi tenderlərin nəticəsi elan olunub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, 15 may tarixində Şuşada görüləcək işlərlə bağlı “Diler İnşaat” QSC (VÖEN: 1403566801) ilə ümumi dəyəri 37 milyon 60 min manat olan iki satınalma müqaviləsi imzalanıb.
Belə ki, Şuşa şəhəri, D-5 massivində 1-ci yaşayış binaları tikilmiş 6 ədəd (1,2,3,4,5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinin satın alınması ilə bağlı 12 milyon 984 min manatlıq satınalma müqaviləsi imzalanıb.
D-5 massivində 2-ci yekun 8 ədəd (9, 10, 11, 12, 13, 14, 15 və 16 nömrəli binalar xidməti və yardımçı (köməkçi) təyinatlı obyektlər, abadlıq və s.) 4 mərtəbəli yaşayış binalarının tikintisi ilə bağlı imzalanmış müqavilənin dəyəri 24 milyon 76 min manat təşkil edib.
Qeyd edək ki, “Diler İnşaat” QSC 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 2 min 10 manat olan şirkətin qanuni təmsilçisi Süelymanov Elxan Füzuli oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti, ev.73A ünvanında yerləşir.














