Azerbaijan Airlines
Məlumat və bronlaşdırılma üzrə agent
Son tarix 12 iyl 2026 - Müraciət et
Təsvir
- Müştərilərə uçuşlar, aviabiletlər və şirkətin təqdim etdiyi xidmətlər barədə məlumat vermək;
- Aviabiletlərin bronlaşdırılması, dəyişdirilməsi və ləğv edilməsi prosesini həyata keçirmək;
- Telefon və digər kommunikasiya kanalları vasitəsilə daxil olan müraciətləri cavablandırmaq;
- Müştərilərin sorğularını operativ və dəqiq şəkildə həll etmək;
- Müştəri məmnuniyyətinin təmin olunmasına töhfə vermək;
- Müvafiq sistemlərdə məlumatların düzgün şəkildə qeydiyyatını aparmaq;
- Yaranan problemlərin həlli üçün digər bölmələrlə əməkdaşlıq etmək;
- Növbəli iş rejimində komandada effektiv şəkildə fəaliyyət göstərmək.
Tələblər
- Bakalavr və ya peşə təhsili;
- İş təcrübəsi: 0–1 il;
- Azərbaycan dili – əla səviyyə;
- İngilis dili – yaxşı səviyyə;
- Rus dili – yaxşı səviyyə;
- MS Word, MS Excel, MS PowerPoint və MS Outlook proqramlarında işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Danışıqlar aparmaq bacarığı;
- Problemləri həll etmə bacarığı;
- Öyrənmə qabiliyyəti;
- Dəyişikliklərə uyğunlaşmaq bacarığı;
- Komandada işləmək bacarığı.
İş qrafiki: Növbəli.
İş yeri: Dəmirçi Plaza
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Aviabiletlərin Satışı üzrə Agent (Naxçıvan Beynəlxalq Hava Limanı)
Son tarix 12 iyl 2026 - Müraciət et
Təsvir
- Sərnişinlərə aviabiletlərin satışı və bronlaşdırılması xidmətlərini göstərmək;
- Aviareyslər, tariflər, aviadaşıma qaydaları, sərnişin hüquq və öhdəlikləri barədə düzgün və dolğun məlumat vermək;
- Güzəştli kateqoriyalara aid sərnişinlər üzrə tələb olunan sənədlərin düzgün rəsmiləşdirilməsini təmin etmək;
- Aviabiletlərin və digər daşıma sənədlərinin müəyyən edilmiş qaydalara uyğun rəsmiləşdirilməsini həyata keçirmək;
- Elektron bilet satışı zamanı ödənişlərin düzgün qəbul edilməsini və kassa çekinin təqdim olunmasını təmin etmək;
- Gündəlik hesabatları hazırlamaq və müəyyən edilmiş qaydada təqdim etmək;
- Müştərilərə nəzakətli və peşəkar xidmət göstərmək;
- Şirkətin daxili qayda və prosedurlarına riayət etmək.
Tələblər
- Ali təhsil;
- MS Office proqramlarında işləmək bacarığı;
- Azərbaycan dilini sərbəst bilmək;
- İngilis dillərini B1 səviyyədə bilmək;
- İşgüzar ünsiyyət və yazışmalar etikası;
- Kollektivdə işləmək bacarığı;
- Səliqəlilik;
- Məsuliyyət;
- Stresə davamlılıq;
- Diqqətlilik;
- İnsanlarla işləmək bacarığı.
İş qrafiki: Növbəli.
İş yeri: Naxçıvan Beynəlxalq Hava Limanı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Dispatch üzrə mütəxəssis
Son tarix 10 iyl 2026 - Müraciət et
Təsvir
- Uçuşdan əvvəl uçuş planlarının və uçuş brifinqlərinin hazırlanması;
- Hava limanı və hava məkanı qaydalarına riayət olunmasını təmin etmək məqsədilə hava gəmilərinin uçuş cədvəlinin idarə edilməsi;
- Pilotlar və yerüstü xidmətlər arasında koordinasiyanın təmin edilməsi;
- Təyyarənin uçuşuna icazə verilməsi üçün dispatch buraxılış sənədlərinin imzalanması;
- Həm gediş, həm də təyinat hava limanlarında hava şəraitinin monitorinqi və mümkün risklərin qiymətləndirilməsi;
- Uçuşun təhlükəsiz həyata keçirilməsi üçün zəruri məlumatları əhatə edən uçuş planlarının hazırlanması;
- Təyyarənin çəkisinin və yanacaq yüklərinin yoxlanılması;
- Uçuş zamanı yarana biləcək məsələlərin həlli üçün hava gəmisi kapitanı ilə operativ əlaqənin saxlanılması.
Tələblər
- Ali təhsil (bakalavr dərəcəsi);
- Milli Aviasiya Akademiyasının Meteorologiya və ya Hava Trafik ixtisasları üzrə məzunlara üstünlük verilir;
- İş təcrübəsi tələb olunmur (təcrübəli dispetçerlərə üstünlük verilə bilər);
- Azərbaycan dilini yüksək səviyyədə bilmək;
- İngilis dili – minimum Intermediate səviyyə;
- MS Office proqramlarında (Word, Excel, PowerPoint, Outlook) işləmək bacarığı;
- Yazılı və şifahi ünsiyyət bacarıqları;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Qərarvermə və operativ reaksiya bacarığı;
- Komandada işləmək və dəyişikliklərə uyğunlaşmaq bacarığı.
İş qrafiki: Növbəli
İş yeri: Heydər Əliyev Beynəlxalq Hava Limanı
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















