Bank Respublika ASC
Mingəçevir filialına Kassir
Son tarix 12 iyl 2026 - Müraciət et
Təsvir
- Nağd pul və digər qiymətlilərin mədaxil və məxaric edilməsi üzrə əməliyyatları həyata keçirmək;
- Nağd pul və kassa sənədlərinin vaxtında təhvil-təslim edilməsini təmin etmək;
- Qaydalara uyğun valyuta mübadiləsini həyata keçirmək;
- Dövriyyəyə yararsız pul əskinaslarının qəbul edilməsi və dəyişdirilməsini həyata keçirmək;
- Bank kartları üzrə məxaric əməliyyatlarını aparmaq.
Tələblər
- Təhsil: (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: aidiyyatı sahə üzrə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili əla;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Dəqiqlik və vəzifə öhdəliklərinə məsuliyyətli yanaşma;
- Yüksək ünsiyyət bacarığı;
- Əzmkarlıq, düzgünlük, çalışqanlıq;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Əməliyyatlara Nəzarət Departamentinin İlkin Nəzarət Şöbəsinin Mütəxəssisi / Aparıcı Mütəxəssisi
Son tarix 11 iyl 2026 Müraciət et
Təsvir
- Əməliyyatların Azərbaycan Respublikasının Qanunvericiliyinə, AR Mərkəzi Bankının normativlərinə və Bankın daxili qaydalarına uyğunluğunun yoxlanılması, daxil olan sorğulara müvafiq rəylərin verilməsi;
- Əməliyyat sahəsi üzrə əməliyyatlara ilkin və sonrakı nəzarətin həyata keçirilməsi;
- Filial, şöbə, digər struktur bölmələri və dövlət orqanlarından daxil olan şifahi və yazılı sorğuların cavablandırılması;
- Müxtəlif əməliyyatlara dair gündəlik və aylıq hesabatların hazırlanması;
- Şöbənin fəaliyyətinə, nəzarət orqanlarına və rəhbərliyə təqdim etmək üçün hesabatların hazırlanması;
- Bankın yeni məhsulları ilə bağlı testlərin aparılması, yeni hesabatların sifarişi və test edilməsi.
Tələblər
- Ali təhsil (maliyyə və ya iqtisadiyyat üzrə olması üstünlükdür);
- Bank sektorunda minimum 2 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan dili – əla; Rus və İngilis dilləri – yaxşı səviyyədə olması arzuolunandır;
- Kompüter bilikləri: Microsoft Office (Outlook, Word, Excel, PowerPoint);
- Bank fəaliyyətini tənzimləyən qanunvericilik və normativlər üzrə biliklərin olması;
- Analitik düşünmə və güclü təhlil qabiliyyəti;
- Yaxşı yazılı və şifahi ünsiyyət bacarığı;
- Yeni bilik və bacarıqları öyrənməyə həvəs və inkişaf yönümlülük;
- Məsuliyyətli olmaq və detallara diqqət yetirmək bacarığı;
- Təşəbbüskarlıq və yenilikçi yanaşma;
- Komandada və fərqli insanlarla effektiv işləmək bacarığı.
Vakansiya növü - Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.















