Azərbaycanda dövlət qurumları tərəfindən ən çox satınalınan xidmətlərdən biri də qida təminatı - yemək və keyterinq xidmətləridir.
2024-cü ilin aprel ayından bu ilin aprel ayına kimi Azərbaycanda müxtəlif dövlət qurumları hazır yeməklərin alınması ilə bağlı 26 müqavilə üzrə ümumi məbləği 37 milyon 826 min manat olan müqavilələr bağlayıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ən iri həcmli tenderin qalibi olan şirkət "Tais İKF" MMC (VÖEN: 1400019741) olub. Belə ki, şirkət bu ilin aprel ayının 22-də Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ilə 9 milyon 314 min manatlıq müqavilə imzalayıb. Müqaviləyə görə, şirkət elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı işlərini həyata keçirməyi öz üzərinə göndərib.
Bu şirkət ötən il də eyni dövlət qurumunun ümumi məbləği 13 milyon 680 min manat olan iki tenderinin qalibi olub. Şirkət elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətini həyata keçirib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, "Tais İKF" MMC "Dövlət İmtahan Mərkəzi" PHŞ-nin də müxtəlif tenderlərinin qalibi olub. MMC 2024-cü ildə dövlət qurumuna 201 min 662 manatlıq, 2025-ci ildə isə 138 min 261 manatlıq yeməklərin hazırlanması və çatdırılması xidmətləri satıb.
Yemək tenderlərinin aktiv iştirakçılarından olan şirkətlərdən biri də "Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131) olub. Şirkət bu il "Əsaslı Tikinti və Təchizat" MMC-yə 392 min 350 manatlıq hazır yemək satıb. Bununla yanaşı, Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzinin işçiləri üçün 51 min 188 manatlıq nahar yeməyi xidməti satıb.
"Holiday in Azerbaijan" MMC 2025-ci ildə də müxtəlif yemək tenderlərinin qalibi olub. MMC Azərbaycan Mərkəzi Bankından 38 min 704 manatlıq, "Əsaslı Tikinti və Təchizat" MMC-dən 188 min 800 manatlıq yemək sifarişi alıb.
Yemək tenderlərinin qalibləri arasında bir ad – fiziki şəxs Ziyafət İsa oğlu Fərzəliyev xüsusi diqqət çəkir. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Ziyafət Fərzəliyev "Dövlət Tibii-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ-nə 2025-ci ildə 3 milyon 255 min manatlıq, 2024-cü ildə isə 9 milyon 308 min manatlıq hazır yemək satıb.
Ümumi olaraq hazır yemək xidmətinin satışı ilə məşğul olan şirkətlərlə dövlət qurumları arasında cari ildə 13 milyon 183 min manatlıq, 2025-ci ildə 14 milyon 521 min manatlıq, 2024-cü ildə 10 milyon 122 min manatlıq satınalma müqavilələri bağlanıb.
Azərbaycanda yemək tenderlərini udan şirkətlər haqqında daha ətraflı:
|
S/N |
Satınalan təşkilatın adı |
Satınalma predmeti |
Qalibin adı / VÖEN-i |
Sifarişın məbləği |
Yekunlaşma tarixi |
|
|
1 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2026-cı il ərzində yeməklə təchizatı xidmətinin satınalınması |
"Tais İKF" MMC (VÖEN: 1400019741) |
9 314 441 AZN |
22.04.2026 |
|
|
2 |
"Əsaslı Tikinti və Təchizat" MMC |
Tədbir və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması |
"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131) |
392 350 AZN |
21.04.2026 |
|
|
|
Kənd Təsərrüfatı Nazirliyinin Respublika Süni Mayalanma Mərkəzi |
İşçilər üçün nahar yeməyi (catering) xidmətinin satınalınması |
"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131) |
51 188 AZN |
20.04.2026 |
|
|
4 |
"Azərtibbtəchizat" MMC |
Müəssisənin işçiləri üçün kompleks nahar yeməyin alınması (keytrinq xidməti) |
"Doydum Catering" MMC (VÖEN: 1005504521) |
40 906 AZN |
09.04.2026 |
|
|
5 |
Tibb Universitetinin Tədris Terapevtik Klinikası |
Hazır yemək (catering) xidmətinin satın alınması |
"Lunchef Catering" MMC (VÖEN: 2005077961) |
129 210 AZN |
11.03.2026 |
|
|
6 |
"Dövlət Tibii-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi" PHŞ |
Hazır qida (keytrinq) yaradılmasının satınalınması |
Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN: 1803349532) |
3 255 498 AZN |
06.02.2026 |
|
|
CƏMİ 2026 - 13 183 593 AZN |
||||||
|
7 |
Dövlət Sərhəd Xidməti |
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında ödənişli müalicə alan pasiyentlər üçün hazır yemək (keytrinq) |
"Lunchef Catering" MMC (VÖEN: 2005077961) |
115 404 AZN |
30.12.2025 |
|
|
|
Azərbaycan Mərkəzi Bankı |
Müxtəlif tədbirlər ilə bağlı catering xidmətlərinin satın alınması |
"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131) |
38 704 AZN |
09.12.2025 |
|
|
9 |
"Azərbaycan Dövlət Neft və Sənaye Universiteti" PHŞ |
Azərbaycan Fransız Universiteti üçün tədbirlər zamanı nəzərdə tutulan iaşə (catering) xidmətləri |
"Lunchef Catering" MMC (VÖEN: 2005077961) |
89 975 AZN |
17.10.2025 |
|
|
10 |
"İnnovativ Biznes-İnkubator" MMC |
Keytrinq xidmətlərinin satın alınması |
"Doydum Catering" MMC (VÖEN: 1005504521) |
6 100 AZN |
07.10.2025 |
|
|
11 |
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi |
Bölgələrdə keçirilən tədbirlər üçün yemək sifarişinin təşkil olunması xidmətləri”nin satın alınması |
"Betta Group" MMC (VÖEN: 1307856931) |
9 996 AZN |
25.09.2025 |
|
|
12 |
"Sosial Tədqiqatlar Mərkəzi" PHŞ |
İaşə (catering) və tədbirlərin təşkili xidmətinin satın alınması |
"Betta Group" MMC (VÖEN: 1307856931) |
219 828 AZN |
19.08.2025 |
|
|
13 |
"Azərtibbtəchizat" MMC |
Müəssisənin işçiləri üçün kompleks nahar yeməyin alınması (Keytrinq xidməti) |
"Lunchef Catering" MMC (VÖEN: 2005077961) |
33 229 AZN |
19.06.2025 |
|
|
14 |
|
Mədəniyyət Nazirliyi üzrə tədbirlər və digər proqramlarda hazır yemək (keytrinq) xidmətlərinin satın alınması |
"Holiday in Azerbaijan" MMC (VÖEN: 1702056131) |
188 800 AZN |
08.05.2025 |
|
|
15 |
"Dövlət İmtahan Mərkəzi" PHŞ |
Yeməklərin hazırlanması və çatdırılması xidmətlərinin satın alınması |
"Tais İKF" MMC (VÖEN: 1400019741) |
138 261 AZN |
28.04.2025 |
|
|
16 |
|
Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması |
"Tais İKF" MMC (VÖEN: 1400019741) |
9 934 932 AZN |
07.02.2025 |
|
|
17 |
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi |
Elm və təhsil nazirliyinin birbaşa tabeliyində olan respublikanın bir sıra təhsil müəssisələrində dövlət təminatında olan təhsilalanların 2025-ci il ərzində yeməklə təchizatı xidmətinin satınalınaması |
"Tais İKF" MMC (VÖEN: 1400019741) |
3 745 499 AZN |
05.02.2025 |
|
|
CƏMİ 2025 - 14 520 728 AZN |
||||||
|
18 |
|
Sosial Xidmətlər Agentliyinin tabeliyində olan sosial xidmət müəssisələrinin sakinlərinin hazır yeməklə təmin edilməsi xidmətlərinin satın alınması |
Ziyafət İsa oğlu Fərzəliyev (VÖEN: 1803349532) |
9 308 116 AZN |
24.12.2024 |
|
|
19 |
Naxçıvan Ali Məclisi |
Ali Məclisin həyətyanı sahəsinin, qaraj, avtoyuma, söhbətgah, yeməkxana və sürücülər üçün binanın yenidən qurulması işləri üzrə layihələndirilməsi |
“Kon-Lay Project" MMC (VÖEN: 1301807111) |
19 850 AZN |
09.12.2024 |
|
|
20 |
"İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ |
Oğuz-Qəbələ-Bakı magistral su kəmərlərində baş vermiş qəzalar zamanı və Ceyranbatan USQ-nin işçilərinin yeməklə təmin edilməsi xidmətinin satın alınması |
"Dadlı Qida" MMC (VÖEN: 3105095251) |
98 265 AZN |
06.12.2024 |
|
|
21 |
|
Bölgələrdə keçirilən tədbirlər üçün yemək sifarişının təşkil olunması xidmətlərinin satın alınması |
"Betta Group" MMC (VÖEN: 1307856931) |
4 390 AZN |
04.12.2024 |
|
|
22 |
Dövlət Sərhəd Xidməti |
Dövlət Sərhəd Xidmətinin Hərbi Hospitalında stasionar müalicə alan pasiyentlər üçün hazır yemək (keytrinq) |
"Fam Food" MMC (VÖEN: 3104757391) |
89 208 AZN |
22.11.2024 |
|
|
23 |
Azərbaycan Televiziya və Radio Verlişləri QSC |
“Düşən Pullar” televiziya şousunun çəkiliş məkanında yaradıcı heyyətin və kütləvi səhnələrdə iştirakçıların qidalanması “Catering" xidmətinin satınalınması |
"Ukrayna Ticarət Evi" MMC (VÖEN: 1404173661) |
24 019 AZN |
08.10.2024 |
|
|
24 |
"Azərbaycan Kosmik Agentiliyi (AZƏRKOSMOS)" PHŞ |
İaşə (catering) xidmətlərinin satın alınması |
"Seaport Catering" MMC (VÖEN: 1701469841) |
320 240 AZN |
16.09.2024 |
|
|
25 |
|
Tədbir və digər proqramlarda hazır yemək (catering) xidmətlərinin satın alınması |
"Rash.M.M.Trade and Services-2020" MMC (VÖEN: 1303449481) |
56 640 AZN |
14.08.2024 |
|
|
26 |
"Dövlət İmtahan Mərkəzi" PHŞ |
Yeməklərin hazırlanması və çatdırılması xidmətinin satınalınması |
"Tais İKF" MMC (VÖEN: 1400019741) |
201 662 AZN |
18.04.2024 |
|
|
CƏMİ 2024 - 10 122 390 AZN |
||||||
|
YEKUN - 37 826 711 AZN |
||||||














