My Group Holding MMC
Maliyyə analitikası və hesabatlıq üzrə mütəxəssis
Son tarix 12 iyl 2026 - [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Şirkətin maliyyə göstəriciləri üzrə gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması;
- Maliyyə məlumatlarının toplanması, emalı və təhlilinin həyata keçirilməsi;
- Büdcə, faktiki nəticələr və plan göstəriciləri üzrə müqayisəli analizlərin aparılması;
- Rəhbərlik üçün analitik hesabatların, təqdimatların və dashboardların hazırlanması;
- Maliyyə nəticələrinin təhlili əsasında təklif və tövsiyələrin hazırlanması;
- Müxtəlif mənbələrdən daxil olan məlumatların düzgünlüyünün yoxlanılması və konsolidasiyası;
- Power BI platformasında interaktiv hesabatların və vizuallaşdırma alətlərinin yaradılması və inkişaf etdirilməsi;
- Mövcud hesabat sistemlərinin təkmilləşdirilməsi və avtomatlaşdırılması istiqamətində təkliflərin verilməsi;
- Satış, əməliyyat və digər biznes göstəricilərinin maliyyə təhlilinin aparılması;
- KPI göstəricilərinin hazırlanması, izlənilməsi və nəticələrinin təhlili;
- Hesabatların vaxtında və dəqiq təqdim edilməsinin təmin edilməsi;
- Maliyyə şöbəsinin fəaliyyətinə dair digər analitik və hesabatlıq tapşırıqlarının yerinə yetirilməsi.
Tələblər:
- Maliyyə, İqtisadiyyat, Mühasibatlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
- Maliyyə analitikası və ya hesabatlıq sahəsində iş təcrübəsi;
- Power BI proqramında dashboard və hesabatların hazırlanması üzrə praktiki bilik;
- Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
- Analitik düşünmə, məlumatların təhlili və problem həll etmə bacarığı;
- Maliyyə göstəricilərinin şərh edilməsi və təqdim edilməsi bacarığı;
- Məsuliyyətlilik, diqqətlilik və nəticəyönümlülük.
İş şəraiti
- Əmək haqqı: Namizədin bilik və bacarıqlarına əsasən təyin ediləcəkdir.
- İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar.
- İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Uyğun namizədlər CV fomalarını Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissədə “Maliyyə analitikası və hesabatlıq üzrə mütəxəssis” adını qeyd edərək göndərə bilərlər.















