Səhiyyə Nazirliyinin “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ (VÖEN: 1300242201) tərəfindən keçirilən 2 tenderin qalibi “Zeytun Pharmaceuticals” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: 1701688171) olub.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, dövlət qurumu bu ayın beşində şirkətlə dəyəri 18 milyon 359 min manat olan satınalma müqaviləsi bağlayıb. Müqaviləyə görə, şirkət quruma imtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri satacaq.
Eyni zamanda, PHŞ-nin bu gün yekun vurulan tenderinə görə, ixtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələrinin satın alınmasını da “Zeytun Pharmaceuticals” MMC-ə həvalə edib. Belə ki, tərəflər arasında 2 milyon 199 min manatlıq müqavilə imzalanıb.
İki müqavilənin yekununa görə, “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ “Zeytun Pharmaceuticals” MMC-yə 20 milyon 558 min manatlıq sifariş verib.
Məlumat üçün bildirək ki, “Zeytun Pharmaceuticals” MMC bu il ərzində 11 müxtəlif tenderin qalibi olub. Bu tenderlərin 10-u “İnnovasiya və Təchizat Mərkəzi” PHŞ tərəfindən keçirilmiş tenderlər olub. Tenderlərin cəmi dəyəri 48 milyon 709 min manat təşkil edib. Digər bir tenderin sifarişçisi isə DİN Daxili Qoşunlar Baş İdarəsi olub. Tərəflər arasında 263 min 941 manatlıq müqavilə imzalanıb.
Qeyd edək ki, MMC 2014-cü ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 4 min manat olan şirkətin qanuni təmsilçisi Şirəliyev Bəhruz Əvəz oğludur. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nizami rayonu, Oqtay Vəliyev küçəsi, ev 21C-də yerləşir.
“Zeytun Pharmaceuticals” MMC-nin bu il ərzində qalibi olduğu tenderlər haqqında daha ətraflı:
|
S/N |
Satınalan |
Satınalma |
Təklifin |
Yekunlaşma |
|
1 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
“İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması |
2 199 359 AZN |
08.06.2026 |
|
2 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"İmtiyazlı əhali qrupuna aid olan xəstələrin təminatı məqsədilə dərman vasitələri”nin satın alınması |
18 359 244 AZN |
05.06.2026 |
|
3 |
DİN Daxili Qoşunlar Baş İdarəsi |
Dərman preparatları və tibbi ləvazimatlar |
263 941 AZN |
02.06.2026 |
|
4 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Güclü təsiredici və psixotrop dərman vasitələri"nin satın alınması |
6 641 196 AZN |
22.05.2026 |
|
5 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Tibb müəssisələrinin perinatal şöbələrində istifadə üçün nəzərdə tutulmuş dərman vasitələri"nin satın alınması |
1 082 391 AZN |
22.05.2026 |
|
6 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
“Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramının icrası məqsədilə dərman vasitələri"nin satın alınması |
1 413 745 AZN |
22.05.2026 |
|
7 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələri"nin satın alınması |
10 319 350 AZN |
22.05.2026 |
|
8 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Xroniki böyrək çatışmazlığı üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitəsi"nin satın alınması |
276 120 AZN |
01.04.2026 |
|
9 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"İxtioz və bullyoz epidermoliz xəstəliyi üzrə mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində tibb vasitələri”nin satın alınması |
1 298 894 AZN |
29.03.2026 |
|
10 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Uşaqlarda kistoz fibroz genetik xəstəliyinə qarşı mübarizə tədbirləri ilə bağlı xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması |
628 890 AZN |
29.03.2026 |
|
11 |
"İnnovasiya və Təchizat Mərkəzi" PHŞ |
"Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair xərclər çərçivəsində dərman vasitələri”nin satın alınması (2026-cı il üzrə) |
6 489 555 AZN |
27.02.2026 |
|
CƏMİ 2026 - 48 972 685 AZN |
||||














