Azersun Holding
Elektrik mühəndisi
Son tarix 12 iyl 2026 - [email protected]
Tələblər:
- Ali təhsil (Elektrik mühəndisliyi, Elektroenergetika, Avtomatlaşdırma mühəndisliyi və ya uyğun texniki sahə üzrə)
- Elektrik sistemləri, enerji təchizatı və sənaye avadanlıqlarının istismarı sahəsində minimum 2-3 il iş təcrübəsi.
- Elektrik avadanlıqlarının quraşdırılması, istismarı, diaqnostikası və nasazlıqların aradan qaldırılması üzrə bilik və bacarıq.
- Elektrik sxemlərini, layihələri və texniki çertyojları oxumaq və təhlil etmək bacarığı.
- Elektrik ölçü cihazları ilə işləmək və ölçmə nəticələrini analiz etmək bacarığı.
- MS Office proqramlarında işləmə bacarığı;
- Texniki problemləri operativ təhlil etmək və həll yolları hazırlamaq bacarığı;
- Komandada işləmək, məsuliyyətli olmaq və effektiv ünsiyyət qurmaq bacarığı;
Vəzifə öhdəlikləri:
- Elektrik, elektronika və avtomatlaşdırma sistemlərinin layihələndirilməsi, quraşdırılması, montaj və demontaj işlərini təşkil etmək, yeni layihələrin və proses dəyişikliklərinin texniki tələblərə uyğun həyata keçirilməsini təmin etmək.
- Müəssisədə istifadə olunan elektrik, elektronika, avtomatika və ölçü-nəzarət avadanlıqlarının etibarlı və fasiləsiz işləməsinə nəzarət etmək, onların test, təmir və profilaktik baxım planlarını hazırlamaq və icrasını təşkil etmək.
- Avadanlıqların texniki sənədlərinin, kataloqlarının, sxemlərinin və ehtiyat hissə siyahılarının hazırlanmasını, qeydiyyatını, arxivləşdirilməsini və aktual saxlanılmasını təmin etmək.
- Ehtiyat hissələrinin və texniki materialların ehtiyac planlamasını həyata keçirmək, minimum ehtiyat səviyyələrinə nəzarət etmək, sifariş proseslərini izləmək və onların səmərəli istifadəsi ilə bağlı təkliflər vermək.
- Enerji səmərəliliyinin artırılması, istismar və təmir xərclərinin azaldılması, avadanlıqların xidmət müddətinin uzadılması məqsədilə texniki təhlillər aparmaq və təkmilləşdirmə layihələrində iştirak etmək.
- Texniki cəhətdən müəssisədə istehsal edilə bilən ehtiyat hissələri və avadanlıqları müəyyənləşdirmək, elektrik və avtomatlaşdırma sistemlərinin optimallaşdırılması üzrə təkliflər hazırlamaq və tətbiqini təmin etmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: İmişli rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəbilərsiniz. Email-in mövzu hissəsində “Elektrik mühəndisi İmişli” qeyd etməyiniz xahiş olunur.
Elektrik üzrə texniki mütəxəssis
Son tarix 12 iyl 2026 - [email protected]
Tələblər:
- Müvafiq texniki sahə üzrə ali və ya orta ixtisas təhsili.
- Texniki avadanlıqlar və sistemlər barədə bilik.
- Texniki diaqnostika və təmir bacarıqları.
- Kompüter proqramları ilə işləmək bacarığı.
- Texniki təhlükəsizlik qaydalarını bilmək.
Vəzifə öhdəlikləri:
- Müəssisədə istifadə olunan texniki avadanlıqların və sistemlərin işləməsinə nəzarət edir.
- Avadanlıqların quraşdırılması, sazlanması və texniki xidmətini təşkil edir.
- Texniki nasazlıqları aşkar edir və aradan qaldırır.
- Avadanlıqların təhlükəsiz istifadə qaydalarına riayət olunmasını təmin edir.
- Texniki sənədləşməni aparır (hesabatlar, aktlar və s.).
- Yeni texnologiyaların tətbiqi və mövcud sistemlərin təkmilləşdirilməsi üzrə təkliflər verir.
- Texniki avadanlıqların profilaktik baxışlarını planlaşdırır və həyata keçirir.
- İşçilərə avadanlıqların düzgün istifadəsi barədə məsləhət və təlim verir.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: Hacıqabul rayonu Padar qəsəbəsi. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Elektrik üzrə texniki mütəxəssis” qeyd etməyiniz xahiş olunur.
Kənd təsərrüfatı texnikaları üzrə mühəndis
Son tarix 12 iyl 2026 - [email protected]
Tələblər:
- Ali təhsil
- 3- 5 il iş təcrübəsinə malik namizədlərə üstünlük verilir.
- MS Office proqramlarında sərbəst işləmə bacarığı.
- Analitik düşüncə və təhlil bacarığı.
- Peşəsinə yüksək motivasiya ilə yanaşma.
- Fərdi və komanda da işləmə bacarığı.
- Azərbaycan dili əla səviyyədə olmalıdır, ingilis və rus dili arzuolunandır.
Vəzifə öhdəlikləri:
- Təşkilata məxsus bütün avtomobillərin qeydiyyatını aparır
- Alındığı dövrdən vaxtaşırı və müəyyən olunmuş vaxtda təmiri və diaqnostik baxış vaxtını müəyyən edir
- Avto qəza nəticəsində qəzalı hala düşmüş avtomobilləri təmirə qəbul edir
- Təmirə qəbul edilmiş avtomobillərin qəbul formunu doldurur, təmirə qəbul edilmiş avtomobillərin müvafiq təmiri üzrə ustalara iş bölgüsünü edir
- Təmirdə olan avtomobillərdə dəyişdirilməsi tələb olunan hissələrə qərar verir
- Təmiri bitmiş avtomobillərin təmirinin keyfiyyətini yoxlayır
- Təmiri yoxlanılmış avtomobilləri aidiyyatı üzrə sürücülərə təhvil verir
- Ehtiyat baza formalaşdırmaq üçün depoya alınan avtomobil hissələrinin keyfiyyətini və yararlığını yoxlayır
- Anbardan gündəlik təmir işləri üçün alınan avtomobil hissələrinin təhvil-təslimini edir
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə;
- Nahar şirkət tərəfindən təmin edilir;
Ünvan: İmişli rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Kənd təsərrüfatı texnikaları üzrə mühəndis” qeyd etməyiniz xahiş olunur.
Sistem Operatoru
Son tarix 12 iyl 2026 - [email protected]
Tələblər:
- Ali təhsilli olmalı.
- İş təcrübəsi tələb edilmir.
- Ofis proqramları ilə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
- Heyvanların qeydiyyatı və identifikasiyası üzrə məlumatların sistemə daxil edilməsi.
- Doğum, peyvənd, xəstəlik, süni mayalanma, məhsuldarlıq və ölüm göstəricilərinin elektron bazada qeydiyyatı.
- Məlumatların düzgünlüyünün yoxlanılması və hesabatların hazırlanması.
- Məlumat təhlükəsizliyi və məxfilik qaydalarına riayət olunmasına nəzarət.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Hacıqabul rayonu, Padar qəsəbəsi
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilər və ya hr.azersun.com ünvanında qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Sistem Operatoru” qeyd etməyiniz xahiş olunur.
Elektronika mühəndisi
Son tarix 12 iyl 2026 - [email protected]
Tələblər:
- Ali təhsil (Elektronika mühəndisliyi, Elektrik mühəndisliyi, Avtomatika və ya uyğun sahə üzrə);
- Kənd təsərrüfatı texnikaları və elektron idarəetmə sistemləri üzrə minimum 2-3 il iş təcrübəsi;
- Elektron diaqnostika cihazları ilə işləmə bacarığı;
- Elektrik sxemlərini oxuma və analiz etmə bacarığı;
- PLC və avtomatika sistemləri üzrə biliklər;
- GPS və ağıllı kənd təsərrüfatı sistemləri barədə anlayış;
Vəzifə öhdəlikləri:
- Traktor, kombayn, çiləyici, pivot suvarma sistemi və digər kənd təsərrüfatı texnikalarının elektron sistemlərinə texniki baxış keçirir.
- Texnikaların elektron idarəetmə bloklarında (ECU), sensor, idarəetmə modulu, GPS sistemi, monitor və elektrik naqillərində yaranan nasazlıqları diaqnostika edir.
- Elektron avadanlıqların profilaktik baxım və təmir işlərini həyata keçirir.
- Elektrik sxemlərini oxuyur və tətbiq edir.
- Elektron idarəetmə sistemlərinin kalibrlənməsini və sazlanmasını həyata keçirir.
- Avadanlıqların ehtiyat hissələrinə olan tələbatı müəyyən edir.
- Kompüter diaqnostika proqramlarından istifadə edərək texnikalarda nasazlıqları müəyyən edir.
- Avtomatlaşdırılmış suvarma, gübrələmə və idarəetmə sistemlərinin işlək vəziyyətini təmin edir.
- PLC, sensor və idarəetmə panellərinin işinə nəzarət edir.
- GPS və telemetriya sistemlərinin işləməsini yoxlayır.
- Mürəkkəb elektron sxemlərin, naqillərin və sensorların (rütubət, məhsuldarlıq, sürət sensorları) təmirini və ya dəyişdirilməsini həyata keçirmək.
- Elektron modulların proqram təminatını (firmware) yeniləmək.
Vəzifə üzrə əmək haqqı və digər üstünlüklər:
- Əmək haqqı: Razılaşma yolu ilə.
- Nahar şirkət tərəfindən təmin edilir.
Ünvan: Biləsuvar rayonu. Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri təmin ediləcəkdir.
Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərəbilərsiniz. Email-in mövzu hissəsində “Elektronika mühəndisi Biləsuvar” qeyd etməyiniz xahiş olunur.















