Banner

Tenderlər

“Şahdağ Turizm Mərkəzi” auditor seçir - ELAN

“Şahdağ Turizm Mərkəzi” auditor seçir - ELAN | FED.az
08:23 21 May 2020

“Şahdağ Turizm Mərkəzi” QSC audit xidmətinin satın alınması məqsədilə kotirovka sorğusu elan edir.

Eləcə də bax: "Sumqayıt Kimya Sənaye Parkı” auditor seçir - ELAN

FED.az xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvana müraciət edə bilərlər.

Əlaqələndirici şəxs - Kəmalə Süleymanova, telefon- (012) 310 11 10 daxili nömrə 7700.

Kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanıb möhürlənmiş kotirovka təkliflərini 22 may 2020-ci il saat 17.00-dan gec olmamaq şərtilə yuxarıdakı ünvana təqdim etməlidirlər.

Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaqdır.

Kotirovka təklifləri 31 may 2020-ci il saat 12.00-da Bakı şəhəri, Neftçilər prospekti 153 nömrəli ünvanda (Port Baku Towers) açılacaqdır.

İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılışı prosedurunda iştirak edə bilərlər.

Digər xəbərlər

Banner