Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti "Minik avtomobillərinin satın alınması" ilə bağlı tenderi yekunlaşdırıb.
Nazirlik xeyli sayda mənzillər alır - TƏKLİFLƏR SORĞUSU
FED.az xəbər verir ki, tenderin qalibi "Toyota Abşeron Mərkəzi" MMC-dir. Dövlət Xidməti qalib şirkət ilə məbləği 296 min 350 manat olan müqavilə imzalayıb. Müqavilə 4 ədəd sedan avtomobilin (215 at gücündə 2,5 litr mühərriklə təchiz olunmuş, dəri oturacaqlı v s.) satın alınmasını nəzərdə tutur. Bir avtomobil orta hesabla 74 min 87,5 manata alınıb.
Müqayiə üçün qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyi oktyabr ayında xüsusi nəqliyyat vasitəsi almaq üçün tibbi göstərişləri olan əlilliyi olan şəxslər üçün hər biri 14 min manatdan 192 ədəd avtomobil almışdı. Bunun üçün yerli istehsalçı olan "Azərmaş Alyans" MMC şirkətinə 2 milyon 688 min manat ödənilmişdir. Ötən il əlillər üçün avtomobillər orta hesabla 12,5 min manata alınmışdı.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev yerli istehsalın artırılması üçün dövlət məmurlarına yerli istehsal olan avtomobilləri almalarını tövsiyə etmişdir. (Marja)