Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi təkliflər sorğusu elan edir.
FED.az xəbər verir ki, elanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərə və şəhid ailələrinə Şirvan şəhərində və Göygöl, Qusar, Oğuz, Balakən, Saatlı, Ağsu, Neftçala, Ağstafa və Salyan rayonlarında 1, 2 və 3 otaqlı mənzillərin satınalınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 400 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1700093011
Satınalan təşkilatın ünvanı: AZ 1009, Bakı şəhəri, Salatın Əsgərova küçəsi, 85
Müsabiqənin başlama tarixi və vaxtı: 05.10.2023 19:00
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 13.11.2023 15:00
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 21.11.2023 18:00
Zərflərin açılış tarixi və vaxtı: 22.11.2023 15:00
Hesab nömrəsi: AZ80CTRE00000000000002138501
Bankın adı: Dövlət Xəzinədarlığı Agentliyi
Bankın kodu: 210005
Müxbir hesab: AZ41NABZ01360100000000003944
Bankın VÖEN-i: 1401555071
Swift kodu: CTREAZ22
Ödəniş şərtləri - Satınalma müqaviləsi üzrə ödəmələr satınalan təşkilat tərəfindən tenderin əsas şərtlər toplusunda və satınalma müqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada və məbləğdə, malgöndərənin (podratçının) təqdim etdiyi sənədlər (qaimələr, hesab fakturalar, aktlar və digər sənədlər) əsasında, ən qısa müddət ərzində, lakin 15 bank günündən gec olmamaq şərti ilə aparılır.
Çatdırılma yeri - Respublikanın şəhər və rayonları üzrə
Çatdırılma şərtləri - DDP
Çatdırılma müddəti - 2023-cü il ərzində
Tələb olunan sənədlər
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün yazılı müraciət;qaviləsini bağlamaq səlahiyyəti olması
iştirak haqqının ödənilməsi ilə bağlı bank sənədi;
İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri (Sənədin originalı təqdim edilməlidir və ya surəti olduğu təqdirdə notarial qaydada təsdiq edilməlidir );
Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması (Sənədin originalı təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən ayı və sonrakı dövrü əhatə etməlidir) ;
İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti (Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir, 2022-ci il üzrə);
İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı (Sənədin əsli təqdim edilməlidir. Əgər sənəd elektron formada alınıbsa notarial qaydada təsdiq edilməsi mütləqdir. Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir);
Satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlığının olması;
Satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması
Öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması (Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir)
Müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırılmış şəxs olmaması (Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir) ;
Satınalma prosedurlarının başlanmasından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluqçularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmaması, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi (Arayışın tarixi elan verilən dövrü əhatə etməlidir) ;
Tender təklifi dəyərinin 1%-i həcmində bank təminatı (tender təklifinin təminatının qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Mustafa Məhyəddinov, Satınalma metəxəssisi
Email: [email protected]
Əlaqə telefonu: 012 526 01 01 - 2634
SAYI 364-ƏDƏD
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Müsabiqə proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun keçiriləcəkdir. İddiaçılar müsabiqədə iştirak etmək üçün göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) müəyyən edilən tələblərə uyğun təqdim etməlidirlər. Təklif və bank təminatı möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. Təkliflərin açılışı zamanı iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.