"Azərkosmos” agentliyi “Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması” tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Baker Tilly Audit Azərbaycan” QSC olub. Şirkətlə 79 min 296 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkət bundan əvvəl də "Azərkontrakt"ın 76 min 110 manat məbləğində “ Dövlət Kontrakt Korporasiyası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyətinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) keçid balansının auditi və 2021-ci il üçün maliyyə hesabatlarının illik audit xidmətinin satın alınması” tenderinin qalibi seçilib (09.12.2022).