"AzerGold" QSC açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda “Göygöl rayonu Tülallar kəndində yerləşən fərdi yaşayış evlərin texniki müayinə edilməsi xidmətinin satın alınması nəzərdə tutulur.
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – 50 AZN
Benefisiar: “AzerGold” QSC
VÖEN: 1403467421
H/h: AZ71AIIB380100C9446440000210,
“Kapitalbank” ASC-nin Badamdar filialı,
bankın VÖEN-i: 9900003611,
KOD: 201207,
M/h: AZ37NABZ01350100000000001944,
SWİFT: AIIBAZ2XXXX.
Xidmətlərin siyahısı (qiymət cədvəli)
|
Malların və Xidmətlərin adı |
Fərdi yaşayış evinin faktiki ümumi sahəsi |
Həyətyanı tikili və qurğular (tikintialtı sahə ilə) |
Cəmi sahə (m2-lə) |
Vahidin qiyməti (manatla) |
Ümumi məbləğ (manatla) |
1 |
Fərdi yaşayış evlərinin həcmləri |
2042.80 |
1253.80 |
3296.60 |
|
|
Cəmi: |
|
|||||
ƏDV (18%): |
|
|||||
Yekun: |
|
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 12 yanvar 2024-cü il saat 14:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
- 1. Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
- a. Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
- b. Bu ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
- c. Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış tenderin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
- 2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
- 3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
- 4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
5. Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərinin mövcud olmamasına, o cümlədən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq riskli vergi ödəyicisi olmasına dair barəsində qüvvədə olan qərarın olmaması haqqında müvafiq dövlət qurumundan arayış;
Açıq tender üzrə təklif zərflərinin açılışı 12 yanvar 2024-cü il saat 15:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.