“AzerGold” QSC korporativ çap hədiyyə dəstlərinin hazırlanması işlərinin satın alınması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 100 manatdır.
Açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.