"AzerGold" QSC “Creative Cloud” proqramlar paketi üzrə lisenziyaların satın alınması ilə bağlı tender elan edir.
FED.az xəbər verir ki, açıq tenderin iştirakçıları Cəmiyyətin rəsmi internet səhifəsində - https://www.azergold.az tenderlər bölməsinə daxil olaraq müvafiq elektron poçt ünvanına ([email protected]) və ya yazılı şəkildə açıq tenderdə iştirak etmək niyyəti barədə müraciət ünvanlaya bilərlər.
Elan əsasında iştirak etmək istəyən təchizatçılar əsas şərtlər toplusunu əldə etmək üçün iştirak haqqının ödənilməsi barədə bank sənədini və müraciət sorğusunu [email protected] elektron poçt ünvanına göndərməldirlər.
İştirak haqqı – Tələb olunmur
Satın alınacaq Malların siyahısı:
№ |
Malların və Xidmətlərin adı |
Xüsusiyyətləri |
Ölçü vahidi |
Miqdarı |
Vahidin qiyməti (manatla) |
Ümumi məbləğ (manatla) |
|
1 |
“Creative Cloud” proqramlar paketi üzrə lisenziyaların alınması E37E659395E5B1F746DA
|
12 aylıq Photoshop, Illustrator, Adobe Premiere Pro, Acrobat Pro, InDesign, After Effects, Lightroom, Adobe XD, Animate, Lightroom Classic, Dreamweaver, Audition, InCopy, Character Animator, Capture, Adobe Fresco, Bridge, Adobe Express, Photoshop Express, Media Encoder, Aero, Adobe Scan, Fill & Sign, Acrobat Reader, Adobe Firefly.
|
ədəd |
2 |
|
|
|
Cəmi: |
|
||||||
ƏDV (18%): |
|
||||||
Yekun: |
|
Əsas Şərtlər Toplusunun Məlumat Xəritəsi hissəsinin 4-cü bəndində göstərilən ixtisas göstəricilərinə dair aşağıda qeyd olunmuş sənədləri, həmçinin qiymət təklifini imzalanmış zərfdə 19 yanvar 2024-cü il saat 15:00-a qədər “AzerGold” QSC-nin Satınalma Komissiyasına Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq küç., 2H ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
1. Müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanları barədə məlumat:
1.1 ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “İxtisas göstəriciləri üzrə Məlumat” Formasında tərtib olunmuş rəsmi sənəd (həmin formada tələb olunan məlumatlar yazılmaqla və yardımçı sənədlər əlavə edilməklə);
1.2 ƏŞT-nin “ƏLAVƏLƏR” bölməsində müəyyən edilmiş “Satınalma metodu iştirakçısının komplekt anket Forması”-nda tərtib olunmuş rəsmi sənəd (formada tələb olunan məlumatlar yazılmaqla);
1.3 Son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank arayışı (hesab qalığı göstərilməklə) – arayış qiymət təklifinin qüvvədə olduğu müddət ərzində verilmiş olmalıdır, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.
2. İştirak edəcək təchizatçının (hüquqi şəxs olduqda) Nizamnaməsi və ya Əsasnaməsi;
3. Kommersiya qurumunun dövlət reyestrindən çıxarışı;
4. Vergi ödəyicisinin eyniləşmə vərəqəsi (VÖEN);
5. Təchizatçının yalnız mikro, kiçik və ya orta sahibkarlıq subyektinə aid olmasını təsdiq edən arayış (arayış son hesabat ilinə olan vəziyyəti əks etdirməlidir, həmçinin arayışı verən orqan tərəfindən və ya notarial qaydada təsdiq olunmalıdır.)
6. Azərbaycan Respublikasında vergilərə və məcburi dövlət sosial sığorta haqlarına dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin (borcun) olmaması haqqında müvafiq vergi orqanından arayış– arayış qiymət təklifinin sorğusu elanının qüvvədə olduğu müddət ərzində alınmış olmalıdır.
Açıq tender üzrə təklif zərflərinin açılışı 19 yanvar 2024-cü il saat 16:00-da Bakı şəhəri, Səbail rayonu, Mikayıl Müşfiq 2H ünvanında keçiriləcəkdir. Təchizatçıların səlahiyyətli nümayəndələri açılışda iştirak edə bilərlər.