"Azərbaycan Dəmir Yolları" təmizlik vasitələrinin və təsərrüfat mallarının satın alınması üzrə tender elan edir.
13 milyon manatlıq tenderi - BU ŞİRKƏT QAZANDI
FED.az xəbər verir ki, tenderdə iştirak ödənişi 100 manatdır və iddiaçılar sənədləri 10 iyun 2022-ci il saat 17:00-dək təqdim edilməlidir.
Hesab nömrələri:
AZ57İBAZ38050019449345061205 (AZN);
AZ47İBAZ38150018409345061205 (USD);
AZ27IBAZ38150019789345061205 (EUR);
AZ64İBAZ38150018109345061205 (RUR).
VÖEN: 9900007721
Bank: "Azərbaycan Beynəlxalq Bankı" ASC "Nəqliyyat" filialı
Kodu: 805711
VÖEN: 9900001881
Müxbir hesab:
AZ03NABZ01350100000000002944
S.W.I.F.T. Code: İBAZAZ2X
İştirak haqqı heç bir halda geri qaytarılmır.
Əsas şərtlər toplusunu aldıqdan sonra aşağıda qeyd olunan ilkin sənədlər 10 iyun 2022-ci il saat 17:00-dək elanda göstərilmiş ünvana təqdim edilməlidir:
- son bir ilin yekunu üzrə maliyyə hesabatı (mənfəət bəyannaməsi);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair ödəniş vaxtı keçmiş öhdəliklərinin olmaması, satış dövriyyəsi, işçi sayı və orta aylıq əmək haqqı, riskli vergi ödəyicisi olub olmaması və s. haqqında arayış;
- malgöndərənin (podratçının) son bir il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;
- son 3 (üç) il ərzində (əgər daha az müddət ərzində fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründə) malgöndərənin (podratçının) yerinə yetirdiyi anoloji müqavilələr haqqında məlumat;
- malgöndərənin ("podratçı" və ya "Satıcı") hüquqi statusunu təsdiq edən sənədlərin: nizamnamə, reyesterdən çıxarış və vergi şəhadətnaməsinin surəti;
- malgöndərənin (podratçının) hüquqi ünvanı və bank rekvizitləri.
Tender təklifi və təklifin təminatının təqdim olunmasına dair tələblər:
- tender təklifi (zərflərin açıldığı gündən etibarən azı 60 bank günü qüvvədə olmalıdır);
- tender təklifinin məbləğinin 1 %-i həcmində bank təminatı (bank təminatının qüvvədə olma müddəti təklifin qüvvədə olma müddətindən ən azı 30 bank günü çox olmalıdır).
Təklif və təklifin bank təminatı möhürlənmiş, ikiqat zərfdə, 2 (iki) nüsxədə (əsli və surəti) 16 iyun 2022-ci il saat 17:00-a kimi Biləcəri qəsəbəsi, Mehdi Hüseynzadə, 51, "Azərbaycan Dəmir Yolları" QSC-nin Təchizat departamentinə (Satınalma şöbəsi, 1-ci otaq) təqdim edilməlidir.
Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır.
Əlaqələndirici şəxs: Nilufər İsmayılova, Satınalma şöbəsinin aparıcı mütəxəssisi.
Telefon nömrəsi: +994 12 499-73-54; e-mail: nil.ismayı[email protected]
Tender təklifləri 17 iyun 2022-ci il tarixdə, saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Dilarə Əliyeva, 230 ünvanında açılacaqdır.
Təkliflərin qiymətləndirilməsində aşağıdakı meyarlara üstünlük veriləcəkdir: aşağı qiymət, malların texniki uyğunluğu, müvafiq sahədə təcrübə, maliyyə vəziyyəti, zəmanət müddəti və çatdırılma müddəti.