"Aqrar Tədarük və Təchizat" ASC (VÖEN – 1101438441) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti informasiya texnologiyaları üzrə kənar auditin keçirilməsi xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 153 321 manat təşkil edir.
Təkliflərin son təqdim olunma vaxtı 16 yanvar 2026-cı il, saat 18:00, zərflərin açılışı isə həmin tarixdə, saat 18:00-da keçiriləcək.
İştirak haqqı 250 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs:Sadiq Baxşəliyev-Aparıcı mütəxəssis
[email protected]
+994 12 599 76 84
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 yanvar 2026-cı il, saat 18:00-a qədər Bakı şəh., Nərimanov rayonu, Əhməd Rəcəbli 1/3 ünvanına təqdim edə bilərlər.










