Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən Stolüstü pul dəstləyən və pulun həqiqiliyini yoxlayan (detektor) avadanlıqlarının satın alınması ilə bağlı keçirilmiş kotirovka sorğusu baş tutmayıb.
FED.az xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumatda deyilir ki, Satınalmalar komissiyasının 18 oktyabr 2023-cü il tarixli qərarı ilə “Dövlət satınalmaları haqqında” Qanunun 11.1-ci maddəsinə müvafiq olaraq kotirovka sorğusu baş tutmamış hesab edilib.
Xatırladaq ki, sözügedən qanunun 11.1-ci maddəsinə əsasən satınalmada minimum 3 şəxs iştirak etməlidir.