Maliyyə Bazarlarına Nəzarət Palatası tender elan edir.
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası öz əməkdaşlarının və onların ailə üzvlərinin könüllü tibbi sığorta növü üzrə sığortalanmasına dair açıq tender elan edir.
Tender proseduru 7 yanvar 2019-cu il tarixində saat 11:00-da Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binasında (Bakı şəhəri, Bülbül prospekti, 27) keçiriləcəkdir.
İddiaçılar tender təkliflərini 4 yanvar 2019-cu ilə qədər Palataya təqdim etməlidir. Xidmətin göstərilməsi müddəti 12 aydır.
Tenderdə iştirak haqqı 500 manat təşkil edir.