DİN Daxili Qoşunların Baş İdarəsi ardıcıl 4 tenderin nəticələrinə elan edib.
“Esen Tekstil” MMC ilə 6 milyon manatlıq müqavilə bağlayıb.
FED.az xəbər verir ki, bütün tenderlərin qalibi "Esen Tekstil" MMC olub.
1-ci müqavilədə 2023-cü il üçün uzunboğaz botinkaların, rezin çəkmələrin, idman, qış, yay ayaqqabılarının və kazarma başmağının satın alınması nəzərdə tutlur
Şirkətə bu tender üzrə 2.125.640 manat ödəniləcək.
2-ci müqavilədə 2023-ci il üçün baş geyimlərinin, xüsusi paltarların, dəsmalların, yataq və hərbi ləvazimatlarının satın alınması nəzərdə tutulur.
Bu müqavilənin dəyəri 2.298.385 manatdır.
3-cü müqavilədə 2023-ci il üçün trikotaj əşya əmlaklarının satın alınması nəzərdə tutulur. Bu tenderin dəyəri 1.272.807 manatdır.
4-cü müqavilədə isə 2023-ci il üçün fərqlənmə və fərqləndirmə nişanlarının satın alınması nəzərdə tutulur. Bu tenderin dəyəri isə 186 800 manatdır.
Bağlanmış müqavilələrin ümumi dəyəri 5 883 634 manatdır.