İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi - Tədqiqat İnstitutu boksların texniki vəziyyəti haqqında rəyin verilməsinə dair işlərin (mühəndis-müayinə işlərinin) görülməsi üzrə tender elan edir.
Dərslik tenderinin qalibi - MƏLUM OLDU
FED.az xəbər verir ki, tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı 13.06.2022-ci il saat 11:00-a kimidir və iştirak ödənişi 100 manatdır.
Qeyd edək ki, mühəndis-müayinə işləri Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 88A ünvanında yerləşən və ümumi sahəsi 4 459,5 m2 olan inzibati binasının yükdaşıyan konstruksiyalarının və fasadının, o cümlədən İnstitutun ərazisində yerləşən və sahəsi 248,5 m2 olan ünvanda görüləcək.
Təşkilati və hüquqi sənədlər:
Tenderdə iştirak etmək üçün müraciət - iştirak üçün müraciət ərizəsi iddiaçı tərəfindən rəsmi blankda yazılaraq imzalanır, möhürlənir və skan edilərək PDF formatında Portalda yerləşdirilir.
Rekvizitlər - PDF olunmuş;
Qeydiyyatdan keçdiyi ölkə - PDF olunmuş;
Nizamnamə - PDF olunmuş;
Maliyyə vəziyyəti haqqında bank arayışı - son bir ildə PDF olunmuş;
Fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti - 2021-ci il üzrə mənfəət bəyanaməsi PDF olunmuş.
Vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında arayış - mütləq şəkildə təqdim edilməlidir. Arayış 01.01.2022-ci il tarixindən sonra alınmalıdır. (Sənədlərin surəti və ya elektron formada əldə olunmuş sənədlər notarial qaydada təsdiq edilməlidir);
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Gülbahar Qasımova
Əlaqə: (012)403 87 93 (daxili: 879)