Müdafiə Nazirliyi tərəfindən həyata keçirilən müxtəlif malların satınalınması üzrə elan edilmiş 3 tenderin nəticəsi açıqlanıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Nazirlik ümumi dəyəri 7 048 030 manat olan müqavilələr imzalayıb. Satınalmaların nəticələri aşağıdakı kimidir:
"Solamedical" MMC – Dərman preparatlarının və digər məsrəf tibbi əmlakların satın alınması. Müqavilənin dəyəri 3 999 335 manat təşkil edir.
"Eptal Group" MMC – Hərbi hissələr üçün müxtəlif tipli mebellərin quraşdırılması ilə birlikdə satın alınması. Müqavilənin dəyəri 1 875 302 manat təşkil edir.
"Epidbiomed" MMC – Şəxsi heyətin tibbi təminatı üçün müalicə-profilaktik və bakterial preparatların, diaqnostik vasitələr və dezinfeksiyaedici maddələrin satın alınması. Müqavilənin dəyəri 1 173 393 manat təşkil edir.











