"MİDA" MMC "2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, "NEXİA EA" QSC (VÖEN: 2001586411) tenderin qalibi seçilib. Müqavilənin dəyəri 26 min 550 manatdır.
Qeyd edək ki. şirkət bundan əvvəl də Dövlət Sosial Müdafiə Fondunun 147 min 500 "Dövlət Sosial Müdafiə Fondunun(qurumları) Aparat və struktur bölmələri üçün 2021-ci il üzrə konsolidə edilmiş maliyyə hesabatlarının auditinin keçirilməsi xidmətinin satın alınması" tenderinin qalibi seçilib.
Əlavə məlumat üçün onu da bildirək ki, "Nexia Ea" QSC 05.10.2009-cu ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 2 000 manatdır. Qanuni təmsilçisi Həsən Haqverdiyev Yaşar oğludur. Şirkətin hüquqi ünvanl isə Az1025, Bakı Şəhəri Xətai Rayonu, Süleyman Vəzirov, Ev 35