Azərpambıq Aqrar Sənaye Kompleksi "2019, 2020 və 2021-ci illər üzrə illik, son 36 təqvim ayı üzrə aylıq və rüblük bəyannamələr üzrə vergi əməletməsinin yoxlanılması və yoxlanılan dövr üzrə vergi orqanlarına dəqiqləşmiş bəyannamələrin təqdim edilməsi xidmətinin satın alınması" tenderinin nətcilərini açıqlayıb.
FED.az xəbər verir ki, "Baku Tilly Audit" QSC ( VÖEN: 1300755991) tenderin qalibi seçilib. Qalib şirkətə 106 200 manat ödəniləcək.
Qeyd edək ki, şirkıt "Azərkosmos" Agentliyinin 79 296 manat dəyərindəki "Beynəlxalq Standartlara (IFRS) uyğun tərtib edilmiş maliyyə hesabatlarının beynəlxalq audit standartlarına uyğun auditinin həyata keçirilməsi və müstəqil audit rəyinin verilməsi xidmətlərinin satın alınması" tenderinin də qalibi olub.
Qeyd edək ki, Azərbaycan bazarında 14 ildən artıq fəaliyyət göstərən “Baker Tilly Azərbaycan” şirkəti, hal-hazırda ölkənin mühasibatlıq, audit və biznes məsləhət xidmətləri göstərən ilk 5 ən böyük və nüfuzlu məsləhətçi şirkətlərindən biri kimi tanınmaqdadır.