Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin keçirdiyi ümumilikdə 4 milyon 54 min 980 manat məbləğində olan 2 tenderin qalibi "İnpeks.N" MMC şirkəti olub.
Eləcə də bax:Mədəniyyət nazirliyinin "sevimli şirkəti" - DAHA 4 TENDER QAZANDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq evləri İdarəsinin Tabeliyin də olan körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri üçün ayrılmış vəsait hesabına sairə xərclər və bərk inventar sattınalınması məqsədi ilə 13 mart 2019-cu il tarixində açıq tender keçirilmişdir. "İnpeks.N" MMC şirkəti ilə Bərk inventarın satınalınması məqsədi ilə 1 milyon 749 min 997 manat, Sairə xərclərin satınalınması məqsədi ilə 2 milyon 304 min 983 manat məbləğində müqavilə bağlanmışdır.