Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təsərrüfat hesablı təchizat və istehsalat idarəsi müvafiq dövlət proqramı əsasında respublikanın müxtəlif bölgələrində müvəqqəti yerləşmiş məcburi köçkünləri geyim ilə (məktəbli dəsti) təmin etmək üçün hazır məhsulun satın alınması məqsədilə tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak ödənişi 350 manatdır və müraciət müddəti 04.05.2022-ci il saat 15:00-a kimidir.
Qeyd edək ki, tender proseduru "Dövlət satınalmaları haqqında" Qanuna əsasən aparılır və heç bir halda iştirak ödənişi geri qaytarılmır.