Maliyyə Nazirliyi açıq tender elan edir.
FED.az xəbər verir ki, elanda Nazirliyin İKT infrastrukturunun dayanıqlığının və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3 illik servis xidmətinin (texniki dəstək) satın alınması nəzərdə tutulur.
Müsabiqədə iştirak haqqı 450 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1400108191
Satınalan təşkilatın ünvanı:Bakı şəhəri, Səməd Vurğun 135
Müsabiqənin başlama tarixi və vaxtı: 22.12.2023 17:50
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 16.01.2024 17:59
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 24.01.2024 17:55
Zərflərin açılış tarixi və vaxtı: 25.01.2024 17:59
Ödəniş şərtləri
satın alınan xidmətin dəyəri hər ay üzrə göstərilmiş xidmətlər barədə təqdim edilən akt, hesab faktura və elektron qaimə əsasında nağdsız qaydada ödənilir
satın alınan xidmətin dəyəri hər ay üzrə göstərilmiş xidmətlər barədə təqdim edilən akt, hesab faktura və elektron qaimə əsasında nağdsız qaydada ödənilir
Çatdırılma yeri - Səməd Vurğun küçəsi 135
Çatdırılma müddəti - satın alınan xidmətlər tərəflər arasında müqavilə imzalandıqdan sonra 2024-2026-cı illər üzrə hər ay yerinə yetirilməlidir
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Müşfiq Səttarzadə, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu : 012 404 47 44
Qeyd: Nazirliyin İKT infrastrukturunun dayanıqlılığıının və informasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə 3 illik servis xidmətinin (texniki dəstək) satın alınması (xidmət göstərilən sistemlərdə ehtiyat hissəsinin dəyişdirilməsi və zəruri olan əlavə lisenziyalar alınacağı təqdirdə (nəzərdə tutulan ümumi dəyər təklifin 25% dəyərindən çox olmamaq şərti ilə) iddiaçı tərəfindən həyata keçiriləcəkdir)