Maliyyə Nazirliyi “e-muhasibat” elektron portalının yaradılması ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.
Satınalan təşkilatın VÖEN-i: 1400108191
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri, Səməd Vurğun 135
Müsabiqənin başlama tarixi və vaxtı: 11.05.2023 17:15
Tələb olunan sənədlərin təqdim edilməsinin son tarixi və vaxtı: 01.06.2023 17:20
Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 09.06.2023 17:20
Zərflərin açılış tarixi və vaxtı: 12.06.2023 17:20
Çatdırılma yeri - Səməd Vurğun küçəsi 135
Çatdırılma müddəti - Satın alınan iş və xidmətlər tərəflər arasında müqavilə imzalandıqdan sonra maksimum 50 iş günü ərzində yerinə yetirilməlidir.
Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) - Müşfiq Səttarzadə, Sektor müdiri
Email: [email protected]
Əlaqə telefonu: 012 404 47 44