Maliyyə Nazirliyi iki tenderə yekun vurub.
FED.az xəbər verir ki, tenderlərdən birinin qalibi "CREA CONSTRUCTION AND SUPPLY" MMC (VÖEN: 2005792601) olub.
Şirkətlə 77 952 manat məbləğində müqavilə imzalanıb.
Həmin müqavilədə Maliyyə Nazirliyinin inzibati binasında 2 ədəd Genpover (Türkiyə istehsalı) 1600 Kva generatorları və 2 ədəd 1600 Kva (Çətinkaya markalı, 3 hissəli, Türkiyə istehsalı) tənzimləyicilərin, 400Kva Sokomec online UPS-in, 3 ədəd 10Kva online UPS-lərin (Makelsan, İnform) 2023-cü il ərzində texniki xidmətlərinin, təmirinin, ehtiyyat hissələrinin, sürtkü materiallarının satın alınması nəzərdə tutulur.
Bir sıra təhlükəsizlik və virtualizasiya lisenziyalarının illik lisenziya müddətlərinin uzadılmasının satınalınması ilə bağlı tenderin qalibi isə "B2B Group" MMC (VÖEN: 1005873041) olub.
Həmin şirkətlə 80 953 manat məbləğində satınalma müqaviləsi imzalanıb.