Maliyyə Nazirliyi "Windows 10 Enterprise və Microsoft Office 365 lisenziyalarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "B2B GROUP" MMC olub. Tenderin dəyəri 133 222 manatdır.
Satın alınan lisenziyalara 150 ədəd "Windows 10 Enterprise", 150 ədəd "Microsoft Office 365" və 1 ədəd "DNS visibility secure license" lisenziyaları daxildir.
Qeyd edək ki, şirkət bundan əvvəl Kənd Təsərrüfatı Nazirliyinin 184 min 788 manat dəyərindəki "Nazirliyin mövcud Palo Alto Firewall avadanıqlarının lisenziyasının və istehsalçı dəstəyinin 12 aylıq uzadılması, nazirliyin yeni inzibati binasında yeni məlumat mərkəzinin qurulması, nazirliyin yeni inzibati binasında server və şəbəkə infrastrukturunun tələblərinə uyğun quraşdırılması və sazlanması işlərinin satın alınması" tenderinin qalibi seçilib (24.12.2022)